Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Uzun zamandan bəri ölü bilinən kriminal avtoritet Bakıda qətlə yetirildi

CC0 / R. Halfpaap / LonelyKriminal hadisə
Kriminal hadisə - Sputnik Azərbaycan
Abunə olmaq
Qəsdən adam öldürmə faktı ilə bağlı yerli sakin, əvvəllər dəfələrlə məhkum olmuş, 1976-cı il təvəllüdlü Ağayev Elxan Şıxbaba oğlu saxlanılıb

BAKI, 23 may — Sputnik. 1952-ci il təvəllüdlü, öz dairəsində "Yaşka Bakinski" ləqəbi ilə məşhur olan kriminal avtoritet Baləhmədov Baləhməd Əliməmməd oğlu, dünən Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki şəxsi evində bıçaqlanıb. Bu barədə Sputnik Azərvbaycan-a Qaradağ Rayon Prokurorluğundan məlumat verilib.

Kriminal aləm - Sputnik Azərbaycan
CƏMİYYƏT
Kriminal aləmdə böyük "razborka" başladı

Qəsdən adam öldürmə faktı ilə bağlı yerli sakin, əvvəllər dəfələrlə məhkum olmuş, 1976-cı il təvəllüdlü Ağayev Elxan Şıxbaba oğlu saxlanılıb. Ağayev öldürdüyü şəxsin qohumudur.

İlkin araşdırma zamanı məlum olub ki, qətl hadisəsi qohumlar arasında bir müddət əvvəl baş vermiş münaqişənin nəticəsidir. Bir neçə ay əvvəl Ağayevin demək olar ki, şüurlu həyatının hamısını (38 il) həbsxanada keçirən Baləhmədovun kriminal aləmdəki şöhrətini şübhə altına alması səbəbindən adıçəkilən şəxslər arasında dava düşüb.

"Məni Yaşka Bakinski kimi tanıyırlar" – deyə Baləhmədov Ağayevə şəstlə deyib. Lakin Ağayev cavabında "Sən kimsən, e?" deyə bildirib. Bu "dikbaşlığa" görə, Baləhmədov Ağayevə bıçaq zərbəsi vurub.

Ağayev Bakinskidən intiqam almaq qərarına gəlib. Haqq-hesab vaxtı mayın 22-də çatıb. Spirtli içkidən sonra cəsarətlənən Ağayev Baləhmədovun evinə girib və onu yataqdaca bıçaqlayıb.

Məlumata görə, qətl törədilərkən evdə Baləhmədovdan başqa onun ailə üzvləri də olub və hətta Ağayevə qapını da onlar açıblar. O da məlumdur ki, Ağayev əvvəllər 3 dəfə narkotik vasitələr saxlamaya və ağır bədən xəsarətləri yetirməyə görə həbsdə yatıb. Bu, onun dördüncü məhkumluğu olacaq.

Qeyd edək ki, keçmişdə Baləhmədov həqiqətən də kriminal avtoritet olub, üstəlik "taclandırılıb" da. Lakin bir müddət keçəndən sonra o, "qanuni oğru" titulundan məhrum edilib.

"Yaşka Bakinski" əvvəllər Verxneural həbsxanasında yatıb. 1988-ci ildə Vladimir mərkəzi həbsxanasına (xüsusi təhlükəli cinayətkarlar üçün həbsxana) köçürülüb. O, həmçinin cəzasını Tümen və Mahaçqala həbsxanalarında da çəkib. Bəzi məlumatlara görə, o, ilk dəfə həyat yoldaşının boğazını kəsdiyinə görə həbsxanaya düşüb.

Rusiya KİV-ləri "Yaşka Bakinskini" öldüyünü zənn etsələr də, dəqiq tarixini bilmirlərmiş. Lakin göründüyü kimi, Baləhmədov xəlvəti həyat yaşayırmış və mayın 22-də öldürülüb. Hüquq-mühafizə orqanlarının qeyd etdiyinə görə, patoloqoanatomlar qətlə yetirilmiş şəxsin çiynində 2 səkkizguşəli ulduz döymə və dizlərində də iki ulduz döymə aşkarlayıblar. İstintaq davam edir.

Xəbər lenti
0