BAKI, 22 may — Sputnik. IV İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis idman növü üzrə qadınlardan ibarət komanda yarışına yekun vurulub. Sputnik Azərbaycan xəbər verir ki, bu dəfə yarışın qalibi adını İran millisi qazanmağı bacarıb.
İran idmançıları finalda Azərbaycan millisinin idmançıları olan Jinq Ninq, Xinqtai Çen və Miao Vanqdanı 3:1 hesabı ilə məğlub edə biliblər. Beləliklə, İran millisi qızıl, Azərbaycan komandası gümüş, Türkiyə yığması isə bürünc medala sahib olub.
Qeyd edək ki, qazanılan 162 medalla Azərbaycan yarışın lider ölkəsinə çevrilib.