Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi başa çatıb

© AZƏRTACОфициальная церемония закрытия IV Игр исламской солидарности в Баку
Официальная церемония закрытия IV Игр исламской солидарности в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
İslamiadanın bağlanış mərasimi “Birlik” konserti ilə başa çatıb

BAKI, 22 may — Sputnik. İslamiadanın bağlanış mərasimi başa çatıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, beş müğənni — Səmra Rəhimli, Nigar Camal, Miri Yusif, Səbinə Babayeva və Eldar əsas və yan səhnələrdə ifa ediblər.

Müğənni Tünzalə Ağayeva yan səhnədə “Sürət – 2017 Azərbaycan Qran Pri” mahnısını ifa etdiyi zaman, 30 səhnə iştirakçısı Bakı Şəhər Halqasını təsvir edən əsas səhnədə işıq saçan çubuqlarla rəqs ediblər. Sonra, o, əsas səhnədə iki mahnı —“Salam Bakı” – “Bakı 2017” könüllülərin himni və “Mən Azərbaycanlıyam” mahnıları ilə “Birlik” konsertini başa çatdırıb. Konsert stadion üzərində atəşfəşanlıqla başa çatıb.

Bağlanış mərasimində bütövlükdə 15000 pirotexnik qurğudan istifadə edilib.

Xəbər lenti
0