BAKI, 21 may — Sputnik. Bu gün "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis üzrə kişi komandaları arasında yarımfinal görüşü keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, təmsilçilərimiz yarımfinalda Türkiyə yığmasına 0:3 hesabı ilə məğlub olublar.
İdmançılarımız bürünc medal uğrunda görüşə çıxacaqlar. Digər yarımfinal görüşündə İran millisi Səudiyyə Ərəbistanı üzərində 3:0 hesablı qələbə qazanıb.
Bu gün Azərbaycan komandası Səudiyyə Ərəbistan təmsilçiləri ilə bürünc medal uğrunda mübarizə aparacaq. Mayın 22-də isə Türkiyə millisi ilə İran yığması final görüşündə qarşılaşacaqlar.