BAKI, 20 may — Sputnik. Birləşmiş Ştatlar prezidenti Donald Trampın Səudiyyə Ərəbistanına səfəri başlayıb. Sputnik Azərbaycan "Telegraph"-a istinadən xəbər verir ki, o, paytaxt Ər-Riyadda Səudiyyə Ərəbistanı kralı Salman bin Abdul Azizlə görüşəcək.
Görüşdən sonra iki ölkənin birgə təşkil etdiyi "Biz məqsədlərimizə birlikdə çatacağıq" şüarı altında sammit keçiriləcək. Sammitdə iqtisadiyyat, hərbi-texniki və bir sıra digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə ediləcək. Bir sıra ikitərəfli sazişlərin imzalanacağı da gözlənilir.
ABŞ prezidenti Donald Tramp həmçinin Fars Körfəzi Ərəb Ölkələrinin Əməkdaşlıq Şurasına üzv dövlətlərin liderləri ilə də görüşəcək.
Qeyd edək ki, bu, D. Trampın ABŞ prezidenti postunda xaricə ilk səfəridir.