CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kəskin ucuzlaşma xəbərinə rəsmi aydınlıq gətirildi

© Sputnik / Murad OrujovTəzə bazarda meyvə-tərəvəz piştaxtaları, arxiv şəkli
Təzə bazarda meyvə-tərəvəz piştaxtaları, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Azərbaycandan Rusiya Federasiyasına pomidor daşıyan yük nəqliyyat vasitələri ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir"

BAKI, 20 may — Sputnik. Ötən gün bir sıra kütləvi informasiya vasitələrində, ölkəmizdə pomidorun qiymətinin kəskin ucuzlaşması və buna Azərbaycandan Rusiya Federasiyasına pomidor daşıyan yük nəqliyyat vasitələrinə bu ölkə ərazisində gömrük nəzarətinin sərtləşdirilməsinin-konkret olaraq avtomobillərin daşıdığı yükün çəkisinə hədd qoyulmasının səbəb olduğu bildirilib.

Pomidor - Sputnik Azərbaycan
HADİSƏ
Yarım ton pomidor məhv edildi

Sputnik Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətinə istinadən xəbər verir ki, Komitə yayılan xəbəri təkzib edib. DGK bildirir ki, hazırda Azərbaycandan Rusiya Federasiyasına pomidor daşıyan yük nəqliyyat vasitələri ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

"Belə ki, gömrük sərhədindən keçən avtomobillərin beynəlxalq yükdaşımalara dair norma və qaydalara riayət etmələrinə ciddi nəzarət olunur və buna görə də Rusiya Federasiyasına pomidor aparan avtomobillərim sərhədkeçmə prosesində hər hansı problem yoxdur" — rəsmi qurum bəyan edir.

Əlavə olaraq diqqətə çatdırılır ki, son 2 gün ərzində şimal sərhədimizdən Rusiya Federasiyasına 85 yük avtomobili və 49 vaqon pomidor məhsulu heç bir maneə olmadan ixrac edilib. Dövlət Gömrük Komitəsi onu da bildirir ki, iki ölkənin qarşılıqlı gömrük-keçid məntəqələrində yaranan hər hansı problem gömrük xidmətləri rəhbərləri arasında aparılan danışıqlar vasitəsilə operativ şəkildə öz həllini tapır.

Xəbər lenti
0