Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Yarım ton pomidor məhv edildi

© apion.suPomidor
Pomidor - Sputnik Azərbaycan
Abunə olmaq
Pomidor bitkisinin tərkibində İnsektisid qrupundan olan Supermetrin adlı maddənın qalıq miqdarının normativ texniki sənədin tələblərinə görə normadan cox olduğu aşkar olunub

BAKI, 14 iyul — Sputnik. Son dövrlərdə Azərbaycanda istehsal olunan, eyni zamanda ölkəyə idxal olunan kənd təsərrüfatı məhsulları üzərində təhlükəsizliyə və keyfiyyətə nəzarət daha da gücləndirilib. Bu barədə Sputnik-ə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarət Xidmətinin mətbuat katibliyindən məlumat verilib.

Yararsız ət - Sputnik Azərbaycan
HADİSƏ
Bir tona yaxın yararsız ət aşkarlandı

Məlumata görə, Dövlət Xidmətinin Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzi tərəfindən bu günlərdə fiziki şəxs Qəmbərov Nizami Fəxrəddin oğluna məxsus istixanada yetişdirilən məhsullar üzərində kimyəvi-toksikoloji müayinələr həyata keçirilib. Müayinələr zamanı pomidor bitkisinin tərkibində İnsektisid qrupundan olan Supermetrin adlı maddənın qalıq miqdarının normativ texniki sənədin tələblərinə görə normadan cox olduğu aşkar olunub.

Buna görə də ümumi cəkisi 500 kq olan pomidor bitkisinin istifadəyə yararsız olduğu üçün dövriyyədən çıxarılması qərara alınıb və məhsul 14 iyul 2016-cı il tarixdə "Təmiz Şəhər" ASC-yə məxsus Bakı Bərk Məişət Tullantıları zavodunda karantin tədbirləri sisteminə riayət etmək şərtilə termik üsulla məhv edilib.

Fiziki şəxs Qəmbərov Nizami Fəxrəddin oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 288.0.7-ci (tərkibində pestisidlərin, bioloji preparatların və onların birləşmələrinin qalıq miqdarı yol verilən normadan artıq olan bitki və bitkicilik məhsullarının satılmasına görə) maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə üçün 300 manat məbləğində cərimə olunub.

Xəbər lenti
0