CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Böyük söküntü dalğası başladı

Abunə olmaq
Sahibkarlar bildirir ki, əgər ərazinin sökülməyə, bərpaya ehtiyacı varsa, bu qanun çərçivəsində, sərəncamla, müvafiq qərarlarla həyata keçirilməlidir

BAKI, 19 may — Sputnik. Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən "Şərq bazarı"nda 66 sahibkara məxsus dükan bu gün səhər tezdən sökülməyə başlayıb. Bu günə qədər tam hasarlandığına görə istifadə edilməyən 6 mağaza artıq sökülüb. Sahibkarlar bütün məhkəmə instansiyalarında haqlı çıxsalar da, əksəriyyətinin əlində Əmlak Məsələləri Dövlət Komitəsindən və digər dövlət orqanlarından verilən qanuni sənədlər olsa da, Sumqayıt şəhər İcra Hakimiyyəti mağazaları sökməyə başlayıb. Sahibkarlar isə çaşqınlıq içindədirlər və hara şikayət edəcəklərini bilmirlər.

Xatırladaq ki, uzun müddət gündəmdən düşməyən bu çəkişmə 2010-cu ildən davam edir. İcra hakimiyyəti bildirib ki, obyektlər sökülüb yerində 4 mərtəbəli ticarət mərkəzi tikiləcək. Dükanlar abadlaşdırmaq adı ilə sökülsə də, sahibkarlar bir neçə dəfə xeyli xərc çəkib obyektlərini abadlaşdırmağa cəhd ediblər, amma onlara bunu etməyə imkan verməyiblər.

Bu gün Sputnik Azərbaycan-ın əməkdaşı sahibkarlarla görüşərək onların problemlərini dinləyib.

Sahibkar Cabbarov Sayami deyir ki, 20 ildir ki, burada alver edir. O bildirir ki, 2010-cu ildən mağazaları üçün mübarizə aparır: "Biz bütün məhkəmə instansiyalarından keçmişik. Bütün qərarlar bizim xeyrimizə çıxıb. Buna görə də İcra Hakimiyyətinə müraciət etmişik ki, mağazalarımızı abadlaşdıraq. Keçmiş İcra hakimiyyətinin başçısı Eldar Əzizovun göstərişi ilə biz işə başladıq. Amma bir müddət keçdikdən sonra "Şərq bazarı"nın keçmiş direktoru Rəşid Babayev məhkəməyə müraciət edərək, qərarların icrasını dayandırdı. Bununla da tikinti dayandırıldı. Keçən ildən icra başçısının qərarı ilə gəlib mağazaların qarşısına sədd çəkdilər. Biz Zakir Fərəcovla görüşdük. O bizə dedi ki, layihənizi hazırlayın və 6 aya abadlaşdırma işləri aparın".

Sahibkarın sözlərinə görə, onlar öz vəsaitləri hesabına layihə hazırlayıb, icra hakimiyyətinə müraciət etmək istəsələr də, qəbula düşə bilməyiblər. Son bir ayda isə onlara şifahi xəbərdarlıq göndərilib ki, mağazaları boşaltsınlar.

Sahibkarlara bildirilib ki, ərazidə ticarət mərkəzi tikiləcək və onların hərəsinə 16 kvadrat metr yer veriləcək. S. Cabbarov bildirir ki, bu bildirişlər şifahi şəkildə olduğu üçün onların inamı yoxdur və mağazalarını boşaltmaq niyyətində deyillər.

Sahibkar Şəmsi Həsənovun sözlərinə görə, 12 ildir ki, burada satışla məşğuldur: "Bizə heç bir xəbərdarlıq etmədən mağazaları sökməyə başlayıblar. Bu mağazalar 20 ilin mağazalarıdır. Bu mağazaları əlimizdən almaq istəyirlər. Biz də istəyirik ki, mağazalarımız bərpa edilsin, amma qanuni yolla. Gəlib bizimlə razılığa gəlməlidirlər. Təsəvvür edin, bu 66 mağazadan minlərlə insan dolanır".

Sahibkar Söhrab Əlixanovun sözlərinə görə, bu ərazidə 18 kvadrat metrlik sahəsi olan mağazası var: "İcra hakimiyyətinin başçısı özü gəlmişdi bazara. O Rəşid Babayevə dedi ki, "bu nə biabırçılıqdır?" Deyirlər mağazalar şəhərin arxitekturasına uyğun deyil. Biz bunu başa düşürük ki, mağazaların bərpaya ehtiyacı var. Biz mağazalarımızı təmir etməyə hazırıq". 

Prezident İlham Əliyev - Sputnik Azərbaycan
Prezident "Sovetski"dəki məscidin söküntüsünü dayandırdı

Sahibkarlar bildirir ki, "Şərq bazarı"nın direktoru Rəşid Babayevin məqsədi 66 sahibkara məxsus dükanları onların əlindən almaq, söküb yerində özünə obyekt tikməkdir. İş ilə bağlı keçirilən bütün məhkəmə instansiyaları, Apellyasiya Məhkəməsi də, Ali Məhkəmə də sahibkarların xeyrinə qərar çıxarıb.

Sahibkar Yusif Məmmədovun sözlərinə görə, 2010-cu ilə sahibkarların obyektlərinin torpağı Şərq bazarının keçmiş direktoru Rəşid Babayev tərəfindən özəlləşdirilib: "Biz də bu problemlə əlaqədar məhkəmələrə müraciət etdik. Bütün məhkəmə instansiyaları qərar çıxardı ki, ərazi həqiqətən sahibkarlara məxsusdur və R. Babayevin ərazini özəlləşdirməsi qanunsuzdur. Bu barədə Ali Məhkəmənin qərarı da var".

Sahibkarlar yenidən icra başçısı ilə görüşüb söhbət etmək istəsələr də onları yaxına buraxmayıblar. Zakir Fərəcov bazarın rəhbərliyi ilə söhbətdə bildirib ki, buralar söküləcək və yerinə 4 mərtəbəli Ticarət Mərkəzi tikiləcək. Sahibkarlara isə guya təzə tikilən ticarət mərkəzindən 16 kv.m. yer veriləcək (Halbuki sahibkarların yeri Əmlak Komitəsindən verilən sənədə görə 20 kv.metrdir). Amma sahibkarlar dükanlarının qərarsız abadlıq bəhanəsi ilə sökülməsinə qarşıdırlar. Onlar düşünürlər ki, dükanları söküləndən sonra tikilə biləcək ticarət mərkəzində onlara 1 kvadrat metr belə yer verilməyəcək. 

Ağabala Quliyevin Murtuza Muxtarov küçəsindəki mülkü - Sputnik Azərbaycan
FOTO
"Un kralı"nın Sovetskidəki evi söküləcək?

Sahibkarlar bildirir ki, əgər ərazinin sökülməyə, bərpaya ehtiyacı varsa, bu qanun çərçivəsində, sərəncamla, müvafiq qərarlarla həyata keçirilməlidir.

"Şərq bazarı" nın keçmiş direktoru Rəşid Babayevlə əlaqə saxlamaq istəsək də alınmadı. Sakinlər bildirdi ki, Babayev səhər saatlarında ərazidə olub.

Sahibkarlar saytımız vasitəsilə ölkə prezidentinə müraciət edir, onların vəziyyətinə nəzarət etməyi xahiş edirlər. Onlar bildirir ki, qanunla haqlı olduqları halda, haqsız vəziyyətə düşüblər.

Qeyd edək ki, hazırda ərazidə söküntü davam edir. Artıq bir neçə mağaza içərisində olan mallarla birlikdə sökülür. Sahibkarlara öz mallarını yığmağa imkan da verilmir.

© Sputnik / Irade JELIL66 sahibkara məxsus dükanlar bu gün səhər tezdən sökülməyə başlayıb.
Sumqayıtdakı Şərq bazarında aparılan söküntü işləri - Sputnik Azərbaycan
1/17
66 sahibkara məxsus dükanlar bu gün səhər tezdən sökülməyə başlayıb.
© Sputnik / Irade JELIL6 mağaza artıq sökülüb.
Sumqayıtdakı Şərq bazarında aparılan söküntü işləri - Sputnik Azərbaycan
2/17
6 mağaza artıq sökülüb.
© Sputnik / Irade JELILSahibkarlarla dövlət qurumları arasındakı bu çəkişmə 2010-cu ildən davam edir.
Sumqayıtdakı Şərq bazarında aparılan söküntü işləri - Sputnik Azərbaycan
3/17
Sahibkarlarla dövlət qurumları arasındakı bu çəkişmə 2010-cu ildən davam edir.
© Sputnik / Irade JELILRəsmilər deyir ki, obyektlər sökülüb yerində 4 mərtəbəli ticarət mərkəzi tikiləcək.
Sumqayıtdakı Şərq bazarında aparılan söküntü işləri - Sputnik Azərbaycan
4/17
Rəsmilər deyir ki, obyektlər sökülüb yerində 4 mərtəbəli ticarət mərkəzi tikiləcək.
© Sputnik / Irade JELILSahibkarlara bildirilib ki, ərazidə ticarət mərkəzi tikiləcək və onların hərəsinə 16 kvadrat metr yer veriləcək
Sumqayıtdakı Şərq bazarında aparılan söküntü işləri - Sputnik Azərbaycan
5/17
Sahibkarlara bildirilib ki, ərazidə ticarət mərkəzi tikiləcək və onların hərəsinə 16 kvadrat metr yer veriləcək
© Sputnik / Irade JELILBu bildirşlər şifahi şəkildə olduğu üçün sahibkarların inamı yoxdur və mağazalarını boşaltmaq niyyətində deyillər.
Sumqayıtdakı Şərq bazarında aparılan söküntü işləri - Sputnik Azərbaycan
6/17
Bu bildirşlər şifahi şəkildə olduğu üçün sahibkarların inamı yoxdur və mağazalarını boşaltmaq niyyətində deyillər.
© Sputnik / Irade JELILHazırda ərazidə söküntü davam edir.
Sumqayıtdakı Şərq bazarında aparılan söküntü işləri - Sputnik Azərbaycan
7/17
Hazırda ərazidə söküntü davam edir.
© Sputnik / Irade JELILSahibkar Sayami Cabbarov.
Sumqayıtdakı Şərq bazarında aparılan söküntü işləri - Sputnik Azərbaycan
8/17
Sahibkar Sayami Cabbarov.
© Sputnik / Irade JELILSumqayıtdakı "Şərq bazarı"nda aparılan söküntü işləri
Sumqayıtdakı Şərq bazarında aparılan söküntü işləri - Sputnik Azərbaycan
9/17
Sumqayıtdakı "Şərq bazarı"nda aparılan söküntü işləri
© Sputnik / Irade JELILSumqayıtdakı "Şərq bazarı"nda aparılan söküntü işləri.
Sumqayıtdakı Şərq bazarında aparılan söküntü işləri - Sputnik Azərbaycan
10/17
Sumqayıtdakı "Şərq bazarı"nda aparılan söküntü işləri.
© Sputnik / Irade JELILSahibkar Şəmsi Həsənov.
Sumqayıtdakı Şərq bazarında aparılan söküntü işləri - Sputnik Azərbaycan
11/17
Sahibkar Şəmsi Həsənov.
© Sputnik / Irade JELILDükan sahibləri: "Təsəvvür edin bu 66 mağazadan minlərlə insan dolanır".
Sumqayıtdakı Şərq bazarında aparılan söküntü işləri - Sputnik Azərbaycan
12/17
Dükan sahibləri: "Təsəvvür edin bu 66 mağazadan minlərlə insan dolanır".
© Sputnik / Irade JELILBir neçə mağaza içərisində olan mallarla birlikdə sökülür.
Sumqayıtdakı Şərq bazarında aparılan söküntü işləri - Sputnik Azərbaycan
13/17
Bir neçə mağaza içərisində olan mallarla birlikdə sökülür.
© Sputnik / Irade JELILSumqayıtdakı "Şərq bazarı"nda aparılan söküntü işləri
Sumqayıtdakı Şərq bazarında aparılan söküntü işləri - Sputnik Azərbaycan
14/17
Sumqayıtdakı "Şərq bazarı"nda aparılan söküntü işləri
© Sputnik / Irade JELILSahibkar Söhrab Əlixanov.
Sumqayıtdakı Şərq bazarında aparılan söküntü işləri - Sputnik Azərbaycan
15/17
Sahibkar Söhrab Əlixanov.
© Sputnik / Irade JELILSumqayıtdakı "Şərq bazarı"nda aparılan söküntü işləri.
Sumqayıtdakı Şərq bazarında aparılan söküntü işləri - Sputnik Azərbaycan
16/17
Sumqayıtdakı "Şərq bazarı"nda aparılan söküntü işləri.
© Sputnik / Irade JELILSon bir ayda mağaza sahiblərinə şifahi xəbərdarlıq göndərilib ki, dükanları boşaltsınlar.
Sumqayıtdakı Şərq bazarında aparılan söküntü işləri - Sputnik Azərbaycan
17/17
Son bir ayda mağaza sahiblərinə şifahi xəbərdarlıq göndərilib ki, dükanları boşaltsınlar.
Xəbər lenti
0