Senatda şok tələb: Türkiyə səfiri ABŞ-dan qovulsun!

© Sputnik / Eduard Pesov / Mediabanka keçidABŞ Senatı
ABŞ Senatı - Sputnik Azərbaycan
Abunə olmaq
Senator Con Makkeyn: "Türkiyənin ölkəmizdəki səfiri dərhal qovulmalıdır. Bu özbaşınalığa diplomatik cavab verilməlidir".

BAKI, 19 may — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ səfəri zamanı, ona etiraz edən PKK tərəfdarlarının türk mühafizəçilər tərəfindən döyülməsinə respublikaçı senator Con Makkeyn və bəzi digər senatorlar sərt reaksiya göstəriblər. Sputnik Azərbaycan bu barədə "BBC"-yə istinadən xəbər verir.

Türkiyənin Vaşinqtondakı səfirliyi qarşısında, ABŞ-da yaşayan türklər arasında qarşıdurma yaşanıb - Sputnik Azərbaycan
Ərdoğan Vaşinqtonu bir-birinə qatdı

Vaşinqtondakı Türkiyə səfirliyi qarşısında baş verənlərə münasibət bildirən Makkeyn, səfirin dərhal qovulmasını tələb edib: "Bura Amerikadır. Üçüncü sinif ölkə deyil. Ərdoğanın mühafizəçilərinin elədikləri qəbuledilməzdir".

"Türkiyənin ölkəmizdəki səfiri dərhal qovulmalıdır. Bu özbaşınalığa diplomatik cavab verilməlidir" — deyən senator, həmçinin əlavə edib ki, hadisə ilə bağlı hüquqi tədbirlər də görülməlidir.

Xatırladaq ki, Türkiyənin dövlət başçısı Rəcəp Tayyip Ərdoğanın Vaşinqtona səfəri zamanı, PKK terror təşkilatının tərəfdarları, prezident əleyhinə şüarlar səsləndirərək, onu "uşaq qatili" adlandırıblar. PKK-çıların Ərdoğana yaxınlaşdığını görən mühafizəçilər, əks hücuma keçərək etirazçıları döyüblər.

Xəbər lenti
0