BAKI, 17 may — Sputnik. Dünən Türkiyənin Vaşinqtondakı səfirliyi qarşısında, ABŞ-da yaşayan türklər arasında qarşıdurma yaşanıb. Vaşinqtonda səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın tərəfdarları ilə əleyhdarları arasında yaşanan toqquşmaya polis müdaxilə edib.
Sputnik Azərbaycan "Son Dakika"-ya istinadən xəbər verir ki, səfirliyə yaxın ərazi polis tərəfindən mühasirəyə alınıb, nəqliyyatın hərəkətində müvəqqəti fasilə yaranıb. Qarşıdurmalarda 9 nəfər xəsarət alıb. Onların hamısı xəstəxanaya çatdırılıb. Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.