BAKI, 18 may — Sputnik. Uzun illər Türkiyənin "Fənərbağça" klubunda top qovan, daha sonra Hollandiyanın "Feyenoord" komandasına transfer olan Dirk Kayt futbolu buraxdığını açıqlayıb. Sputnik Azərbaycan bu barədə Türkiyə NTV-nə istinadən xəbər verir.
18 il sonra "Feyenoord"un çempion olmasında böyük pay sahibi olan 36 yaşlı Dirk Kayt, "Feyenoord" forması ilə bu mövsüm 15 qola imza atıb. O, çox sevdiyi futbolu, yaşı səbəbilə buraxdığını deyib.
Karyerası boyunca verdiyi bütün qərarları hissləri ilə verdiyini deyən Dirk Kayt, bunun çox çətin olduğunu və futbolu buraxmaq barədə qərarı ən doğru anda verdiyini söyləyib.
Qeyd edək ki, D.Kayt, "Herakl" klubu ilə oynanılan çempionluq matçında het-trik edib.