BAKI, 18 may — Sputnik. IV İslam Həmrəyliyi Oyunlarının boks yarışlarında Azərbaycan millisi daha bir medal qazanıb. Yığmamızın aktivinə 3-cü mükafatı Tamerlan Abdullayev yazdırıb.
Sputnk Azərbaycan xəbər verir ki, 69 kq çəki dərəcəsində qüvvəsini sınayan 25 yaşlı idmançı İslamiadanı gümüş medalla başa vurub. Abdullayev həlledici görüşdə özbəkistanlı Bobo-Usman Baturova məğlub olub. Eyni zamanda 75 kq dərəcəsində finala yüksələn idmançımız Kamran Şahsuvarlı qazaxıstanlı idmançı Tursunbay Kulahmetlə döyüşüb. Gərgin keçən yarışda hakimlərin yekdil qərarı ilə qazaxıstanlı idmançı qalib gəlib. Beləliklə, Kamran Şahsuvarlı gümüş medalla kifayətlənməli olub.
Qeyd edək ki, ondan öncə Cavid Çələbiyev (60 kq) qızıl, Tayfur Əliyev (56 kq) bürünc medal qazanıb.