Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Mərakeşin müqavimətini qıra bilmədik

© AZƏRTACAzərbaycan Əlcəzair oyunu
Azərbaycan Əlcəzair oyunu - Sputnik Azərbaycan
Abunə olmaq
Komandamız Əlcəzair komandasının qapısına iki dəfə yol tapa bilib

BAKI, 18 may — Sputnik. Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında futbol üzrə yarışlar da finala yaxınlaşır. Sputnik Azərbaycan xəbər verir ki, A qrupunda mübarizəyə başlayan yığmamız keçirdiyi ilk oyunda Kamerunla qolsuz bərabərliyə razılaşıb.

İdmançılarımız ikinci oyunda Səudiyyə Ərəbistanının futbolçuları ilə qarşılaşıblar. Bu dəfə onların qapısından iki cavabsız qol keçirən millimiz qrupdakı sonuncu qarşılaşmasında Mərakeşin müqavimətini qıra bilməyib. Beləliklə, komandamız topladığı 5 xalla qrup ikincisi kimi yüksəldiyi yarımfinalda Əlcəzair yığması ilə üz-üzə gəlib.

Komandamız Əlcəzair komandasının qapısına iki dəfə yol tapa bilib. Nəticədə 2:0 hesabı ilə qalib gələn komandamız finala yüksəlib.

Xəbər lenti
0