BAKI, 18 may — Sputnik. IV İslam Həmrəyliyi Oyunlarında boks üzrə final döyüşlərinə start verilib. Sputnik Azərbaycan-ın məlumatına görə, əvvəlcə rinqə 60 kq çəki dərəcəsində çıxış edən Cavid Çələbiyev çıxıb.
Çələbiyev həlledici görüşdə iraqlı Ammar Kərbəlayini məğlub edib.
Bu gün Azərbaycanın daha 5 boksçusu final görüşünə çıxacaq.
Bunlar 69 kq-da Tamerlan Abdullayev, 75 kq-da Kamran Şahsuvarlı, 81 kq-da Rauf Rəhimov, 91 kq-da Teymur Məmmədov və +91 kq-da Məhəmmədrəsul Məcidovdur.