Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

İki kateqoriyada 16 medal qazandıq

© AZƏRTACTaekvondo yarışları
Taekvondo yarışları - Sputnik Azərbaycan
Abunə olmaq
İslam Həmrəyliyi Oyunları çərçivəsində taekvando idman növü yarışlarının sonuncu günü idmançılarımız üçün uğurlu olub

BAKI, 18 may — Sputnik. Bu gün IV İslam Həmrəyliyi Oyunlarında taekvondo və boks yarışlarına yekun vurulub.

İslam Həmrəyliyi Oyunları çərçivəsində taekvando idman növü yarışlarının sonuncu günü idmançılarımız üçün uğurlu olub. Belə ki, 87 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən Ramin Əzizov yarımfinala çıxmaq uğrunda görüşdə iordaniyalı Anas Sadeki mübarizədən kənarlaşdırıb. Daha sonra idmançımız  rəqibini 27:8 hesabı ilə qalib gəlib. İdmançımızın ikinci rəqibi türkiyəli Sərdar Yüksəl olub. Görüş 13:5 hesabı ilə bitib və idmançımız finala vəsiqə qazanıb. Raminin finaldakı rəqibi İran təmsilçisi Əhməd Məhəmmədi olub. Finalda 16:13 hesabı ilə qalib gələn Əzizov qızıl medal qazanıb.

63 kq-da Məhəmməd Məmmədov turnirə 1/8 finaldan start verib. Məmmədov indoneziyalı İbrahim Zarmana qalib gəlib (9:2). İdmançımız bu mərhələdə Ömər Xəyyamini (Mərakeş) məğlub edib — 26:10. Məmmədov yarımfinalda qazaxıstanlı Alimjan Serikbayevlə qarşılaşıb. Təmsilçimiz 7:8 hesabı ilə uduzaraq, bürünc medalla kifayətlənib.

Digər taekvondoçular uğursuz çıxış ediblər.

Taekvondo yarışlarının ilk iki günündə 5 qızıl və 2 gümüş medal qazanan millimiz İslam Həmrəyliyi Oyunlarını 9 mükafatla başa vurub (6 qızıl, 2 gümüş, 1 bürünc).

Boksda isə Azərbaycanın 6 təmsilçisi bu gün final görüşünə çıxıb.

Onlardan 3-ü — Cavid Çələbiyev, Teymur Məmmədov və Məhəmmədrəsul Məcidov qızıl medal qazanıblar. Tamerlan Abdullayev, Kamran Şahsuvarlı və Rauf Rəhimov isə gümüş medalla kifayətləniblər.

Tayfur Əliyevin (56 kq) də 3-cü yeri tutduğunu nəzərə alsaq, boks yığmamız İslamiadanı 3 qızıl, 3 gümüş və 1 bürünc medalla başa vurub.

Xəbər lenti
0