BAKI, 17 may — Sputnik. IV İslam Həmrəyliyi Oyunlarında finala yüksələn boksçularımızın sayı 2-yə çatıb. Sputnik Azərbaycan xəbər verir ki, 75 kq çəkidə döyüşən Kamran Şahsuvarlı və 91 kq çəkidə döyüşən Teymur Məmmədov həlledici döyüşə vəsiqə qazanıblar.
Teymur yarımfinalda suriyalı Eldin Qoussunu məğlub edib. İlk raundda rəqibini nokdauna da salan Məmmədov yekunda 4:1 hesablı qələbə qazanıb.
Qeyd edək ki, Məmmədov sabah finalda türkiyəli Burak Akşinlə qarşılaşacaq.