Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Fidan Əbdürrəhmanova: “Rəqiblərim çox güclü idi”

© Sputnik / Grigory Sysoyev / Mediabanka keçidAğır atletika məşqləri, arxiv şəkli
Ağır atletika məşqləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Toplam 135 kq (60+75) nəticə ilə Fidan Əbdürrəhmanova 7-ci yeri tutub

BAKI, 17 may — Sputnik. IV İslam Oyunlarında ağır atletika yarışlarının son günüdür. Bu gün körpücük üzərinə çəkisi 90 kq-a qədər olan qadınlar çıxıblar. Yığmamızın üzvlərindən olan Fidan Əbdürrəhmanova medal mübarizəsinə qoşulub. Atletimiz birdən qaldırma hərəkətində 60 kq, təkanla qaldırma hərəkətində isə 75 kq-ı ram edib. Toplam 135 kq (60+75) nəticə ilə Fidan Əbdürrəhmanova bu çəki dərəcəsində 7-ci yeri tutub.

Qadın idmançımız yarışdan sonra təəssüratlarını bölüşüb. O bildirib ki, rəqibləri çox güclü olub: “Mən öncə məşqçilərimə təşəkkür edirəm, çünki onlar çox əziyyət çəkiblər. Bu yarışda isə rəqiblərim çox güclü idi. Mən də yaxşı çıxış etdim və nəticəmdən razı qaldım. Öz ailəmə də təşəkkür edirəm, onların duaları sayəsində buralara qədər gəlib çatmışam”.

Xəbər lenti
0