Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Daha bir idmançımız yarımfinalda

© Sputnik / Murad OrujovФиналы соревнований по дзюдо IV Игр исламской солидарности
Финалы соревнований по дзюдо IV Игр исламской солидарности - Sputnik Azərbaycan
Abunə olmaq
Rəhimov yarımfinalda Abdelrəhman Abdelqəvvədlə (Misir) gücünü yoxlayacaq

BAKI, 16 may — Sputnik. IV İslam Həmrəyliyi Oyunlarında boks üzrə yarımfinala yüksələn idmançılarımızın sayı 6-ya çatıb. Bu uğura 81 kq çəki dərəcəsində mübarizə aparan Rauf Rəhimov da imza atıb.

İlk döyüşündə Hafidz Adli Mohdu (Malayziya) yarışdan kənarlaşdıran təmsilçimiz 1/4 finalda pakistanlı Əli Xanı ilə qarşılaşıb. Döyüş 5:0 hesabı ilə idmançımızın xeyrinə başa çatıb.

O, yarımfinal qarşılaşmasına sabah çıxacaq. Rəhimov Abdelrəhman Abdelqəvvədlə (Misir) gücünü yoxlayacaq.

Qeyd edək ki, Raufadək Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), Tamerlan Abdullayev (69 kq), Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) 1/4 final səddini uğurla aşıb.

Xəbər lenti
0