BAKI, 16 may — Sputnik. Dünən IV İslam Həmrəyliyi Oyunlarında yekunlaşan gimnastika yarışlarında uğurlu nəticə göstərdik. Kişi atletlərin yarışında sərbəst hərəkətlərdə qızıl medal qazanan azərbaycanlı idmançı Murad Ağarzayev olub.
Qələbədən sonra Sputnik Azərbaycan-a danışan idmançı bildirib ki, bu uğur onun üçün əvəzsizdir: “Ən çox sevdiyim növdə çempion oldum. Buna görə çox sevinirəm. Sərbəst hərəkətlərdə çempion oldum. Bayrağımı qaldırdım, himnimizi səsləndirdim. Bundan gözəl nə ola bilər? Şükürlər olsun ki, buna nail ola bildim”.