CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kabel yayımçılarının hüquqları artırılır

CC0 / HolgersFotografie / pultTelevizora baxan adam. Arxiv şəkli
Televizora baxan adam. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Kabel şəbəkəsi yayımı haqqında" qanun layihəsində yayımçının keyfiyyətli xidmət təklif etməsi müddəası öz əksini tapmayıb

BAKI, 16 may — Sputnik. Milli Məclisin bu gün keçirilən iclasında "Kabel şəbəkəsi yayımı haqqında" qanun layihəsi müzakirə olunub.

Sputnik Azərbaycan xəbər verir ki, qanun layihəsi 17 maddədən ibarətdir. Qanun kabel televiziyası şəbəkəsi yayımının hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir.

Bu Qanunun məqsədi Azərbaycan Respublikasının ərazisində kabel şəbəkəsi yayımının həyata keçirilməsinə şərait yaratmaqdan, kabel şəbəkəsi yayımı xidmətindən istifadə edən abonentlərin və bu fəaliyyətlə məşğul olan fiziki və hüquqi şəxslərin maraqlarını müdafiə etməkdən, kabel şəbəkəsi yayımı sahəsinin inkişafı üçün əlverişli mühit formalaşdırmaqdan ibarətdir. Bu Qanun ümumistifadəli telekommunikasiya şəbəkələrinə qoşulmayan istehsalat, texnoloji və tədqiqat məqsədləri üçün işlədilən kabel şəbəkəsi yayımına şamil edilmir.

Женщина за просмотром телевизора, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Kabel televiziyası abunəçiləri üçün bəd xəbər

Yayımçı teleradio proqramlarının hər hansı kabel şəbəkəsi üzrə yayımını lisenziyada göstərilən ərazidə həyata keçirir. 

Yayımçı dövlət maraqlarının qoruması məqsədi ilə kabel şəbəkəsi üzrə yayımlanması nəzərdə tutulan proqram paketini müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum ilə razılaşdırır.

Kabel şəbəkəsi yayımı üzrə mövcud teleradio proqramlarının yayımı həmin proqram yayımçısı ilə müqavilə bağlandıqdan sonra həyata keçirilir.

Xarici ölkələrin teleradio yayımçısı Azərbaycan Respublikasında fəaliyyət göstərən yayımçının proqram paketində yayımlanmaq üçün müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən icazə verilməyən hər hansı xarici telekanalın yayımına görə yayımçı məsuliyyət daşıyır.

Kabel şəbəkəsi ilə yayımlanan mövcud teleradio proqramlarının məzmununa yayımçı nəzarət edir. Teleradio proqramlarının tərkibində dövlətin qanuni maraqlarına toxunan, etnik, irqi və dini ayrı-seçkiliyi təbliğ edən və "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə qadağan olunan digər verilişlər və məlumatlar üçün proqramın sahibi (proqramın yayımçısı) məsuliyyət daşıyır. Yayımçı belə proqramların kabel şəbəkəsi ilə yayımını məhdudlaşdıra, dayandıra və ya yayım təşkilatı (proqramın yayımçısı) ilə bağladığı müqaviləni Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən olunmuş qaydada ləğv edə bilər. 

MTRŞ - Sputnik Azərbaycan
MTRŞ bir neçə şirkətə kabel şəbəkəsi yayımı üçün lisenziya verib

Yayımçı digər yayımçıya (yayımçılara) onun fəaliyyətini təmin etmək üçün xidmət göstərə bilər.

Layihəyə görə, abonentlərin aşağıdakı hüquqları vardır: yayımçı ilə kabel şəbəkəsi yayımı fəaliyyəti çərçivəsində ona xidmət göstərilməsi üçün müqavilə bağlamaq; yayımçı ilə bağlanılmış müqaviləyə uyğun olaraq, kabel şəbəkəsinə qoşulmaq; yayımçı ilə kabel şəbəkəsi yayımı xidmətinin göstərilməsi üçün bağlanılmış müqavilədən imtina etmək; həmin ərazidə fəaliyyət göstərən digər kabel şəbəkəsi yayımı xidmətindən istifadə etmək; qanunda nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək. 

KATV1 - Sputnik Azərbaycan
Azərbaycanın tanınmış kabel televiziyası operatorundan yenilik

Abonentə aşağıdakıları həyata keçirmək qadağandır: texniki normativ hüquqi aktlara uyğun gəlməyən abonent qurğusunu kabel şəbəkəsinə qoşmaq; yayımçının icazəsi olmadan kabel şəbəkəsinə abonent qurğusunu qoşmaq; yayımçının icazəsi olmadan abonent şəbəkəsində əlavə abonent qurğuları qoşmaq.

Abonentlərin vəzifələri aşağıdakılardır: yayımçıya öz yaşayış və qeyri-yaşayış sahələrində abonent şəbəkəsində və avadanlığında təmir, ölçmə və profilaktik işləri aparmaq üçün şərait yaratmaq; yayımçı ilə bağlanılmış müqavilənin şərtlərinə əməl etmək; öz yaşayış və qeyri-yaşayış sahələrində müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən təsdiq edilmiş abonent şəbəkəsi və ya abonent qurğularının texniki istismar qaydalarına əməl etmək.

Qanun layihəsi səsverməyə çıxarılaraq ilk oxunuşda qəbul edilib.

Xəbər lenti
0