CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kabel televiziyası abunəçiləri üçün bəd xəbər

© Photo : STRЖенщина за просмотром телевизора, фото из архива
Женщина за просмотром телевизора, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
MTRŞ sədri: "Rusiyanın “NTV+” kanalı Azərbaycanda qeyri-qanuni yayımlanır"

BAKI, 5 apr — Sputnik. Rusiyanın “NTV+” televiziya kanalı Azərbaycanda qeyri-qanuni yayımlanır.

Bu barədə Milli Televiziya və Radio Şurasının sədri Nüşirəvan Məhərrəmli Milli Məclisin Mədəniyyət komitəsinin iclasında “Kabel şəbəkəsi haqqında” qanun layihəsinin müzakirəsində bildriib.

O qeyd edib ki, MTRŞ bununla bağlı məhkəməyə və aidiyyəti quruma müraciət etsə də, kanalın yayımı kabel şəbəkəsində davam etdirilir.

Maraqlıdır ki, Bakı şəhərində fəaliyyət göstərən kabel şəbəkələrinin təqdim etdikləri telekanalların əksəriyyəti "NTV+" aid olur. Onların bağlanması bu sahədə ciddi boşluq yarada bilər.

Xəbər lenti
0