Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Fidan Hüseynzadə: “Qalib gələ bilməsəm də, çıxışım yaxşı alındı”

© Sputnik / Grigory Sysoyev / Mediabanka keçidAğır atletika məşqləri, arxiv şəkli
Ağır atletika məşqləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Toplam 157 kq (69+88) nəticə göstərən Fidan Hüseynzadə 7-ci yeri tutub

BAKI, 16 may — Sputnik. IV İslam Oyunlarında ağır atletika yarışları davam edir. Çəkisi 69 kq olan qadınlar körpücük üzərinə çıxıblar. Burada Fidan Hüseynzadə medal uğrunda mübarizə aparıb. Fidan birdən qaldırma hərəkətində 69 kq, təkanla qaldırma hərəkətində isə 88 kq-ı ram edib. Toplam 157 kq (69+88) nəticə göstərən atletimiz bu çəkidə 7-ci yeri tutub. İdmançımız yarışdan sonra təəsuratlarını Sputnik Azərbaycan-a bildirib:

“Qalib gələ bilməsəm də, çıxışım yaxşı alındı. Bu yarışa ciddi hazırlaşmışdım, amma medal qazana bilmədim. Yığma komandamızın medal qazanan idmançılarını isə ürəkdən təbrik edirəm”.

Xəbər lenti
0