BAKI, 15 may — Sputnik. Bu gün IV İslam Həmrəyliyi Oyunlarının cüdo yarışlarının üçüncü günündə kişilərdən ibarət Azərbaycan yığması finala vəsiqə qazanıb.
Sputnik Azərbaycan xəbər verir ki, kişilərdən ibarət cüdo üzrə milli yığmamız yarımfinalda Özbəkistan kollektivindən üstün olub. Yarış 4:1 komandamızın xeyrinə yekunlaşıb.
Qeyd edək ki, Azərbaycanı təmsil edən komandamızın heyətində Məmmədəli Mehdiyev, Elxan Məmmədov, Nicat Şıxəlizadə və Rüstəm Orucov qələbə qazanıb, Rüfət İsmayılov isə məğlubiyyət olub.