Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Elnarə Abbasova: "Yarış zalında göz yaşlarımı saxlaya bilmədim"

© Sputnik / Grigory Sysoyev / Mediabanka keçidAğır atletika məşqləri, arxiv şəkli
Ağır atletika məşqləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Cəmi 184 kq (82+102) nəticə göstərən Elnarə Abbasova bürünc medal qazanıb

BAKI, 15 may — Sputnik. Bakıda keçirilən IV İslam Oyunlarında ağır atletika yarışları davam edir. Bu gün çəkisi 63 kq olan qadınlar körpücük üzərinə çıxıblar. Burada Firuzə İbrahimova və Elnarə Abbasova medal uğrunda mübarizə aparıblar. Abbasova birdən qaldırma hərəkətində 82 kq, təkanla qaldırma hərəkətində isə 102 kq-ı ram edib. 

Sputnik Azərbaycan xəbər verir ki, cəmi 184 kq (82+102) nəticə göstərən atletimiz bu çəkidə bürünc medal qazanıb.

"Belə bir nəticəni gözləmirdim və çox sevincliyəm. Mən əziyyətimi çəkən məşqçilərimə təşəkkürümü bildirirəm və qarşılarında baş əyirəm. Yarış zalında göz yaşlarımı saxlaya bilmədim. Bu, mənim sevinc göz yaşlarım idi" — Abbasova yarışdan sonra bildirib.

Xəbər lenti
0