BAKI, 15 may — Sputnik. Cüdo üzrə kişilərdən ibarət milli yığma komandamız final yarışında qalib gəlib.
Sputnik Azərbaycan xəbər verir ki, Orxan Səfərov (60 kq), Rüstəm Orucov (73 kq), Rüfət İsmayılov (81 kq), Məmmədəli Mehdiyev (90 kq) və Uşanqi Kokauridən (+100 kq) ibarət komandamız Əlcəzairlə qarşılaşıb. Nicat Şıxəlizadə ilk olaraq komandamızın aktivinə qələbə yazdırıb. Rüfət İsmayılovun isə rəqibi olmadığından, o, avtomatik qalib elan edilib. Bununla yanaşı, Rüstəm Orucov və Məmmədəli Mehdiyev rəqiblərinə məğlub olduqları üçün ümumi hesab bərabərləşib.
Həlledici döyüşə çıxan ağır çəkili idmançımız Uşanqi Kokauri rəqibi üzərində vaxtından əvvəl ippon fəndi ilə qələbə qazanaraq millimizə qızıl medal gətirib.
Xatırladaq ki, bürünc medal uğrunda isə iki görüş baş tutub. Özbəkistan Səudiyyə Ərəbistanına (4:1), Türkiyə isə Qazaxıstana (3:2) qalib gələrək, yarışı 3-cü pillədə tamamlayıblar.