BAKI, 15 may — Sputnik. Azərbaycanın cüdo üzrə qadınlardan ibarət millisi yığma komandası B qrupunda ilk görüşünü Özbəkistan milli komandasına qarşı keçirib.
Qadın cüdoçularımız Nəzakət Əzizova (52 kq), İçhinkotloo Munxtsedev (57 kq), Xanım Hüseynova (63 kq), Gülsədəf Kərimova (70 kq) və İrina Kindzerska (+70 kq) rəqiblərə qarşı mübarizə aparıblar. Xanım Hüseynova və Gülsədəf Kərimova rəqiblərinə məğlub olsalar da, digər qadın cüdoçularımız qələbə qazanaraq (3:2) növbəti mərhələyə çıxıblar.
Yarışa cəmi 5 komanda qatıldığından, komandamız bir qələbə ilə finala yüksəlib. Həlledici görüşdə millimizin rəqibi Türkiyə olub.
Türkiyə cüdoçuları ilə qarşılaşan komandamız 5:0 hesabı ilə məğlub olaraq yarışın gümüş medalı ilə kifayətlənməli olub.