BAKI, 15 may — Sputnik. 12-22 may tarixlərində Bakıda keçiriləcək IV İslam Oyunlarında ağır atletika yarışlarına start verilib. Sputnik Azərbacan xəbər verir ki, körpücük üzərində 21 ölkədən ümumilikdə 130 atlet çıxacaq. Onlardan 51-i qadın, 79-u isə kişidir. Azərbaycan yığma komandası yarışa tam heyət – 16 nəfərlə (8 qadın və 8 kişi) qatılır.
Qeyd edək ki, bu gün çəkisi 63 və 69 kq olan qadınlar körpücük üzərinə artıq çıxıblar. 63 kq çəki dərəcəsində isə Firuzə İbrahimova və Elnarə Abbasova, 69 kq-da isə Fidan Hüseynzadə və Anastasiya İbrahimli medal mübarizəsi aparacaqlar.