BAKI, 14 may — Sputnik. Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarında növbəti döyüşlər keçirilir. Sputnik Azərbaycan xəbər verir ki, boks üzrə Azərbaycan millisinin 1/8 finaldakı sonuncu təmsilçisi Tamerlan Abdullayev bu gün rinqə çıxıb.
69 kq çəki dərəcəsində yarışan boksçumuz türkmənistanlı Muhemmetmirat Sahedovu sınağa çəkib. Abdullayev hər 3 raundda rəqibindən üstün olub və yekunda 5:0 hesabı ilə qələbə qazanıb.
Qeyd edək ki, idmançımız 1/4 finalda qətərli Tulasimaraam Tarumalinqamla üz-üzə gələcək. Döyüş sabah baş tutacaq.
Qeyd edək ki, Tarumalinqam 1/8 finalda qırğızıstanlı Esen Raxmatovu mübarizədən kənarlaşdırıb.