Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan millisinin Oyunlarda böyük uğuru

© REUTERS / Toru HanaiОрхан Сафаров против бразильца Фелипе Китадаи
Орхан Сафаров против бразильца Фелипе Китадаи - Sputnik Azərbaycan
Abunə olmaq
Atıcılıqda Ruslan Lunyov (tapança, 25 m), Orxan Səfərov (cüdo, 60 kq), Nicat Şıxəlizadə (cüdo, 66 kq) və Erdenebat Bazarraqça (cüdo, 48 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb

BAKI, 13 may — Sputnik. Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının bu günü Azərbaycan milli komandası üçün əlamətdar olub.

2005-ci ildə keçirilən ilk oyunlarda cəmi 4, 2013-cü ildəki üçüncü yarışda 6 qızıl medal əldə edən Azərbaycan Bakıdakı idman tədbirinin mükafatların oynanıldığı ilk günündə əla nəticə qazanıb.

Atıcılıqda Ruslan Lunyov (tapança, 25 m), Orxan Səfərov (cüdo, 60 kq), Nicat Şıxəlizadə (cüdo, 66 kq) və Erdenebat Bazarraqça (cüdo, 48 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Xəbər lenti
0