Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Bu klub yeni adla qayıdır

© Photo : PFLAZAL – "Neftçi" oyunu
AZAL – Neftçi oyunu - Sputnik Azərbaycan
Abunə olmaq
"AZAL" klubunun adı dəyişdirildi

BAKI, 12 may — Sputnik. "AZAL" Peşəkar Futbol Klubunun ləğv edilməsi ilə bağlı bəyanat yayılıb. Sputnik Azərbaycan klubun rəsmi saytına istinadən xəbər verir ki, klubun ləğvi azarkeşlərinin, "fan klub" üzvlərinin, xüsusilə, Şüvəlan və Binə qəsəbələrində yaşayan azarkeşlərin narahatlığına səbəb olub və bununla bağlı çoxsaylı müraciətlər edilib.

Bu müraciətlərə baxıldıqdan sonra, sponsor və tərəfdaşlarla təkrar məsləhətləşmələr aparılıb, keçmiş klubun daha çox Şüvəlan qəsəbəsində azarkeş kütləsinə malik olması və həmin qəsəbədə müasir təlim-məşq bazası və stadionun mövcudluğu nəzərə alınaraq, yeni mövsümdən "AZAL" futbol klubunun məhz qəsəbənin adını daşıyan "Şüvəlan Futbol Klubu" adı ilə fəaliyyətinə davam etməsi qərara alınıb.

Qeyd edək ki, "Şüvəlan Futbol Klubu" yeni mövsümdə I Divizionda təmsil olunacaq.

Xəbər lenti
0