CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əcəl kişilərin izinə düşüb...

© Sputnik / Murad OrujovМужчина за рулем, фото из архива
Мужчина за рулем, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 72,8 faizini, yaralananların isə 71,8 faizini kişilər təşkil edir

BAKI, 10 may — Sputnik. 2017-ci ilin yanvar-mart aylarında ölkənin avtomobil yollarında 407 və ya 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 2,9 faiz az yol-nəqliyyat hadisəsi baş verib. Bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 3,9 faiz azalaraq 573 nəfər olub. 

Bu barədə Sputnik Azərbaycan-a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib. Hadisələr zamanı 162 nəfər həlak olub, 411 nəfər isə yaralanıb. Hadisələrin 46,7 faizi gündüz, 33,9 faizi gecə, 19,4 faizi isə toran vaxtı baş verib, 24,3 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Türkiyənin Dənizli vilayətində, içərisində bölgə prokuroru olan avtomobil yük maşını ilə toqquşub - Sputnik Azərbaycan
HADİSƏ
Prokuror və sürücüsü yol qəzasında öldü

Yol-nəqliyyat hadisələrinin 89,9 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı 2016-cı ilin müvafiq dövrünə nisbətən 24,0 faiz artaraq 119 nəfər, yaralananların sayı isə 7,2 faiz azalaraq 386 nəfər olub.

Bütün yol-nəqliyyat hadisələrinin 47,9 faizi nəqliyyat vasitələrinin və piyadaların, 33,7 faizi bir neçə nəqliyyat vasitəsinin, 18,4 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib və 2016-cı ilin yanvar-mart aylarına nisbətən hadisələrin sayı müvafiq olaraq 14,0 faiz artıb, 17,0 faiz və 9,6 faiz azalıb.

Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 72,8 faizini, yaralananların isə 71,8 faizini kişilər təşkil edir. Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 7 hadisə baş verib, nəticədə 4 nəfər ölüb, 5 nəfər isə yaralanıb. Belə hadisələrin 85,7 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.

2017-ci ilin yanvar-mart aylarında yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə eyni səviyyədə qalaraq 747,8 min olub. Xətaların 50,8 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması, 11,4 faizi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi,11,3 faizi dayanma və ya durma qaydalarının pozulması, 9,5 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 3,7 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, qalan hissəsi isə digər səbəblər üzrə müəyyən edilib. Qaydaların pozulmasına görə 15,1 milyon manat məbləğində cərimələr tətbiq edilib.

Xəbər lenti
0