BAKI, 10 may — Sputnik. Türkiyənin Dənizli vilayətində, içərisində bölgə prokuroru olan avtomobil yük maşını ilə toqquşub. Sputnik Azərbaycan "Hürriyet"-ə istinadən xəbər verir ki, hadisədə prokuror Mustafa Alpər və sürücüsü həyatını dəyişib. Prokurorun mühafizəçisi isə orta dərəcədə yaralanıb.
Qəza Dənizli şəhərinin çıxışında, Bozburun qəsəbəsində baş verib.
Yük maşınının sürücüsü hadisə yerindən qaçıb.