BAKI, 12 may — Sputnik. Bu gün IV İslam Həmrəyliyi Oyunlarında boks yarışlarına start verilib. Yarışın ilk günündə Azərbaycan milli komandasının bir üzvü rinqə çıxıb.
+91 kq çəki dərəcəsində qüvvəsini sınayan Məhəmmədrəsul Məcidov 1/8 finalda qazaxıstanlı Nurlan Saparbayla qarşılaşıb. Döyüş ikiqat dünya çempionumuzun qələbəsi ilə yekunlaşıb. Rəqibini II raunda nokdauna da salan Məcidov yekunda 5:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, M.Məcidov 1/4 finalda Uosri Hafizlə (Misir) döyüşəcək. Görüş mayın 15-də baş tutacaq.