CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda kabus dolaşır - polis həyəcan təbili çaldı

© Sputnik / Murad OrujovPost Patrul Xidmətinin avtomobilləri, arxiv şəkli
Post Patrul Xidmətinin avtomobilləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bakıda oğul ataya özünü öldürəcəyini bəyan edib və itkin düşüb

BAKI, 11 may — Sputnik. Xəzər Rayon Polis İdarəsinin 1-ci bölməsinin əməkdaşları mayın 10-da itkin düşən 24 yaşlı Mərdəkan qəsəbə sakinini axtarırlar. Xəzər rayon Polis İdarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 1993-cü il təvəllüdlü Cəfərzadə Xeyrəddin Şəmsəddin oğlu səhər saatlarında evdən çıxıb.

İntihar - Sputnik Azərbaycan
HADİSƏ
Məktəbli intiharının təfərrüatları üzə çıxdı

Bu barədə polisə itkin düşən şəxsin atası, 1969-cu il təvəllüdlü Cəfərzadə Şəmsədddin Ulduz oğlu məlumat verib. Kişi bildirib ki, onunla oğlu arasında münaqişə olub. Oğlu özünü öldürəcəyini deyib və qapını çırparaq gedib.

Hazırda Polis bölməsinin əməkdaşları bütün güclərini sərf edib Xeyrəddin Cəfərzadənin axtarışı ilə məşğuldurlar. Əməliyyatçılar çox ümid edirlər ki, gənci özünə qıymamış sağ-salamat tapacaqlar. Mübahisənin predmeti hələlik məlum deyil. Polisdən bildiriblər ki, bu barədə məlumatın açıqlanması istintaqın maraqlarına zərər vura bilər.

Qeyd edək ki, mayın 9-da sözügedən polis bölməsinin ərazisində ana və iki azyaşlı uşağı itkin düşüb. Bildirilir ki, Mərdəkan qəsəbəsinin sakinləri, Nərgiz Abdullayeva (1995-ci il təvəllüdlü), onun qızı Məmmədova Zeynəb Natiq qızı (2013-cü il təvəllüdlü) və oğlu Məmmədov Mehdi (2015-ci il təvəllüdlü) saat 14:00 radələrində evdən çıxaraq naməlum istiqamətə gediblər. Ana və uşaqların yeri indiyə kimi məlum deyil.

Daşkəsən rayonu Kəmərqaya kəndi - Sputnik Azərbaycan
HADİSƏ
İtkin düşmüş Samux sakininin meyiti Daşkəsəndə tapıldı

Mayın 10-da Binəqədi rayonunda 14 yaşlı qız yoxa çıxıb. Binəqədi rayon Polis İdarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, qəsəbənin 28 May küçəsinin sakini, 2003-cü il təvəllüdlü Həsənova Gülarə Kamran qızı evdən çıxıb və qayıtmayıb.

Sabunçu rayonunda isə eyni adlı qəsəbənin 2004-cü il təvəllüdlü sakini Nəsrullayeva Səbinə Çingiz qızı evdən gedib. Artıq dördüncü gündür ki, qızın axtarışları davam edir.

Polis bu tendensiya ilə bağlı həyəcan siqnalı verib. Son vaxtlar həddi-buluğa çatmamışların evdən getmə halları xüsusilə çoxalıb. Yeniyetmələr tez-tez evdən gedir və 2-3 həftə sonra geri qayıdırlar.

Bəzənsə yeniyetmə qızlar zorlamanın, yaxud da seksual xarakterli hərəkətlərin qurbanına çevrilirlər. Evdən qaçaraq öz canına qıyanların da sayı az deyil. Ona görə də asayiş keşikçiləri xoşagəlməz nəticələrlə üzləşməmək üçün valideynlərə uşaqlarına qarşı diqqətli olmağı və onlarla münaqişədən çəkinməyi tövsiyə edirlər.

Xəbər lenti
0