BAKI, 21 iyul — Sputnik. Günlərdi itkin düşmüş Samux rayon sakini, 62 yaşlı Məhəmməd İbrahimovun meyiti Daşkəsən rayonu, Kəmərqaya kəndi ərazisində, çayın kənarında aşkar edilib. Bu barədə Sputnik-in bölgə müxbirinə Daşkəsən Rayon Prokuroluğundan məlumat verilib.
Dünən isə ona məxsus olan "Mercedes" markalı avtomaşın kənd ərazisində tapılıb. Bıçaqlanaraq qətlə yetirilən M. İbrahimovun kim və ya kimlər tərəfindən öldürüldüyü isə hələlik bilinmir. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.