CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bank-müştəri münasibətlərində qaydalar sərtləşdirilir

© Photo : STRBank müştəriləri
Bank müştəriləri - Sputnik Azərbaycan
Abunə olmaq
"Son illər ABŞ başda olmaqla Avropa və digər ölkələrdə bank hesabları ilə bağlı qaydaları kifayət qədər sərtləşdiriblər"

BAKI, 10 may — Sputnik. "Azərbaycanda bank hesablarının açılması ilə əlaqədar yeni qaydalar hazırlanır". Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.

Bank əməliyyatçıları, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bankların girovlarla bağlı necə davranacağı aydınlaşdı

Onun sözlərinə görə, bu qaydalar artıq müzakirə üçün Azərbaycan Banklar Assosiasiyasına göndərilib: "Dünya təcrübəsində hesabların açılmasında çoxlu suallar verilir. Məsələn, hesaba daxilolmaların orta həcminin nə qədər olacağı, hansı ölkələrdən olacağı, hesab açan şəxsin fəaliyyət növü və sair".

"Bu gün 8 Azərbaycan bankının xarici banklarda hesabları bağlıdır. Onlar bizim bankların müxbir hesablarını, müştərilərin unifikasiyası üzrə tələblər beynəlxalq tələblərə cavab vermədiyinə görə, bağlayırlar" — Aslanlı deyib.

O, qeyd edib ki, bununla əlaqədar bir neçə Avropa banklarının nümayəndələri gələn həftə Bakıda olacaqlar. Ümumiyyətlə isə R.Aslanlı bildirib ki, yaxın zamanda hazırda Azərbaycan Banklar Assosiasiyasında müzakirə olunan bank sektoru ilə bağlı 45 müxtəlif qaydalar qəbul olunacaq.

© Photo : Из личного архива Э. БагирзадеElşən Bağırzadə, UNEC-in dosenti, iqtisadçı ekspert
Elşən Bağırzadə, UNEC-in dosenti, iqtisadçı ekspert - Sputnik Azərbaycan
Elşən Bağırzadə, UNEC-in dosenti, iqtisadçı ekspert

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Elşən Bağırzadə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, bununla bağlı Azərbaycanda qanunda ciddi boşluqlar var: "Dünyada da son dönəmlərdə təmayül ondan ibarətdir ki, bank hesabları ilə bağlı sərt yanaşmalar tətbiq olunur. Xüsusilə də terrorizmin maliyyələşdirilməsi, çirkli pulların yuyulması ilə bağlı. Düşünürəm ki, təklif olunan yeni qaydalar, əsasən bu istiqamətə yönəlib. Çünki bu, təkcə Azərbaycan qanunvericiliyindəki boşluqlardan irəli gəlmir, eyni zamanda, ölkəmizin beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərdən irəli gəlir. Beynəlxalq standartlar dəyişdikcə, hansı milli standartlarda ona uyğunsuzluq varsa, onlar üçün müəyyən problemlər yaranır".

E. Bağırzadənin fikrincə, son illər ABŞ başda olmaqla, Avropa və digər ölkələrdə bank hesabları ilə bağlı qaydaları kifayət qədər sərtləşdiriblər: "Düşünürəm ki, yeni qaydaların hazırlanması bundan irəli gəlir və Azərbaycanın da bu prosesə qoşulması daha doğru olar".

© Photo : REPORTƏkrəm Həsənov
Əkrəm Həsənov - Sputnik Azərbaycan
Əkrəm Həsənov

Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov isə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, söhbət bank hesabı açılarkən bank tərəfindən müştəriyə verilən suallardan gedirsə, mövcud qanunvericiliyimiz bunu qadağan etmir: "Hətta, qanunsuz gəlirlərin əldə edilməsi, leqallaşdırılması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyimiz də banklara tam sərbəstlik verib ki, bank hesablarının açılması zamanı müştəriləri haqqında onlardan istənilən məlumatı əldə edə bilsinlər. Burada heç bir məhdudiyyət yoxdur".

Ekspert hesab edir ki, indiyədək ölkədə mövcud bank hesablarının açılması qaydaları pis deyil: "Palata bunu vacib hesab edirsə, mövcud qaydalara əlavələr edə bilər. Yoxsa, ayrıca yeni qaydalar qəbul etməyə ehtiyac görmürəm. Ümumiyyətlə, dünya ölkələrinin çoxunda bu məsələyə elə də diqqət verilmir. Yəni, qanun var, sadəcə deyilir ki, banklar hesab açan zaman hansı sənədləri götürsünlər və s. Hesab edirəm ki, Palata bundan da vacib olan qaydalar qəbul etməlidir. Xüsusən də kreditlərin verilməsi ilə bağlı".

Həsənovun sözlərinə görə, son həftələrdə Palata banklara qanunsuz göstərişlər verir: "Yəni, müştərinin hesabından nə qədər vəsait çıxarmaq olar və s. Bu, müştərilərin hüquqlarını əsasız olaraq məhdudlaşdırır. Elə olmasın ki, Palata bu qaydalar adı ilə yenə də bu cür qanunda olmayan əlavə məhdudiyyətlər müəyyənləşdirsin".

"Bankların verdiyi suallar heç bir xarici qanunlarda yoxdur. Hər bir bank bunu özü edir. Bu, təcrübədir. Heç bir ölkənin qanunlarında deyilmir ki, bank hesabı açılanda bank ona suallar verməlidir. Bu sualları banklar özləri verir və müştəri haqqında daha çox məlumat etmək əldə etmək istəyirlər" – deyə o, qeyd edib.

Xəbər lenti
0