CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bazara gedəndə özünüzü kasıb göstərin: səbəbi...

© Sputnik / Murad OrujovTəzə bazarda meyvə-tərəvəz piştaxtaları, arxiv şəkli
Təzə bazarda meyvə-tərəvəz piştaxtaları, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bu, inzibati xəta hesab olunur və belə satıcılar 1500 manat cərimələnə bilər

BAKI, 8 may — Sputnik. Bəzən marketlərdə, çox zaman isə bazarlarda rast gəlirik buna. Piştaxtaya düzülmüş, amma üzərində qiymət olmayan mallar. Satıcılar bunu vaxt azlığı, bazarda məhsulların qiymətinin tez-tez dəyişməsi ilə izah etsələr də, alıcılar satıcıların bu bəhanəsi ilə razı deyillər.

"8-ci km bazarı"nda ticarətlə məşğul olan Samir Vəliyev deyir ki, bazarda hər gün bir qiymət olduğu üçün məhsulların üzərinə qiymət vurmaq da çətindir: "Hər ötən gün məhsulların qiymətində 10-50 qəpik dəyişikliklər olur. Ona görə də, biz məhsulun üzərinə qiymət qoya bilmirik. Burada qiymətləri bazar özü tənzimlənir. Başqası eyni məhsulu 2 manata verirsə, sən 1.80 qəpiyə sata bilməzsən. Ona görə də qiymət vurmuruq". 

Ticarət Festivalı - Sputnik Azərbaycan
CƏMİYYƏT
Şopinq festivalında alver edənlərin pullarının bir hissəsi özlərinə qaytarılacaq

Başqa bir satıcı Akif Əhmədov isə deyir ki, məhsulların üzərinə qiymət vurmaq satıcılara sərf eləmir. Çünki satıcılar alıcılar arasında fərq qoyur: "Elə satıcı var ki, kasıb üçün güzəşt edir, bir az ucuz verir. İmkanlı adama isə güzəşt etmək istəmir. Çünki hamıya eyni qiymətə satsa, ya fərqi qoymayıb baha satmalıdır, ya da hamıya ucuz satıb, özü batmalıdır. Buna görə satıcını da başa düşmək lazımdır…"

Satıcılar bu vəziyyətə müxtəlif don geyindirsələr də, bəhanələr gətirsələr də, məhsulların üzərinə qiymətlərin vurulmaması alıcıları çox narahat edir. Alıcılar hesab edir ki, məhsulların üzərində qiymət olmaması satıcıların daha çox qazanc əldə etmək üçün qurduqları tələdir.

Alıcı Ziyafət İsmayılova deyir ki, bazarlarda satıcıların əksəriyyəti məhsulların üzərinə qiymət qoymur, məhsulları alıcıya görə qiymətləndirirlər: "Baxırlar, yaxşı geyinən alıcıya qiyməti baha, bir az kasıb geyinənə ucuz deyirlər. Bu nə siyasətdir, baş aça bilmədim. Düzü, kimə şikayət edəcəyimi də bilmirəm. Mənə 3 manata deyilən məhsulu başqasına 2,50 manata dedi. Niyə belə elədiyini soruşdum. Məni inandırmağa çalışdı ki, həmin alıcı başqa məhsul istəyib".

© © KarikaturaHamıya 10 manata, sənə də 10 manata
Hamıya 10 manata, sənə də 10 manata - Sputnik Azərbaycan
Hamıya 10 manata, sənə də 10 manata

Naibə Hacıyeva isə marketlərdə olan qiymət fərqliliyindən narazıdır. O, bildirir ki, dəfələrlə piştaxtada bir qiymətə gördüyü məhsulu kassada başqa qiymətə hesablayıblar. 

В студии радио Sputnik - Sputnik Azərbaycan
Ekspert: “Bəzi marketlərdə uşaqlara siqaret satırlar”

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Nazirlər Kabinetinin 44 saylı qərarına görə, malların üzərində maddi-məsul şəxsin imzası olan rəsmi qiymət sənədi olmalıdır. Məhsulların üzərində qiymət sənədinin olmaması satıcıların müəyyən inzibati məsuliyyətə cəlb olunmasına səbəb ola bilər. Bu inzibati xəta hesab olunur və İqtisadiyyat Nazirliyi fəal işləyərsə, belə satıcılar 1500 manat cərimələnə bilər.

Hüquqşünas Asif Abdullayev Sputnik Azərbaycan-a bildirib ki, qiymət intizamının pozulması İnzibati Xətalar Məcəlləsinin 445-ci maddəsi ilə tənzimlənir. Belə ki, bu maddəyə görə, qiymət intizamının pozulmasına, yəni satışda olan malların üzərində qiymət kağızlarının və ya göstərilən xidmətlər və ya işlər üçün qiymət cədvəllərinin olmamasına və ya onların düzgün tərtib edilməməsinə görə — səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə edilir: "Həmçinin maddədə qeyd edilir ki, Azərbaycan Respublikasının ərazisində satılan malların (işlərin, xidmətlərin) qiymətləri ancaq manatla göstərilməlidir. Yəni ölkə ərazisində heç kim başqa valyuta ilə məhsul sata bilməz. Əks halda həmin şəxslər min yüz manatdan min altı yüz əlli manatadək məbləğdə cərimə edilir".

Xəbər lenti
0