Şahin Camalov: “Uşaqlara siqaret satışı ilə bağlı heç bir icra hakimiyyəti tərəfindən inzibati protokol tərtib olunmayıb”
Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) İnsan Hüquqları XXI əsr-Azərbaycan Fondu ilə birgə həyata keçirdiyi “Uşaqlara siqaret satmaq qadağandır!” ümumrespublika kampaniyası çərçivəsində “Yetkinlik yaşına çatmayanların tütün məmulatlarına çatımlılığı: problemlər və həlli yolları” mövzusunda tədbir keçirilib.
Tədbirdə çıxış edən “İnsan hüquqları XXI əsr – Azərbaycan” Fondunun prezidenti Şahin Camalov deyir ki, belə bir problemin mövcud olduğunu bilirlər: “Bu problemi qaldırmaqla dövlət qurumlarına problemin həllində kömək olmaq istədik. Tütün məhsulları əsrin ən böyük bəlalarından biridir. Hal-hazırda dünyada tütün məhsullarından istifadə etdiyi üçün həyatları puç olan, xəstəliklərdən əziyyət çəkən, ölən çoxlu insan var”.