BAKI, 8 may — Sputnik. UEFA, Çempionlar Liqasının "Atletiko" (Madrid) — "Real" (Madrid) yarımfinal cavab oyununu türk hakim Cüneyt Çakıra həvalə edib. Sputnik Azərbaycan bu barədə "Haberturk"ə istinadən xəbər verir.
Qeyd edək ki, İspaniyanın nəhəng iki klubu arasında keçirilən ilk oyunda "Real" öz meydanında 3-0 hesabı ilə qalib gəlib. Cavab matçı mayın 10-da Bakı saatı ilə gecə 23:45-də başlayacaq.
Oyun ərzində Cüneyt Çakıra digər türk hakimlər Bahattin Duran və Tarık Ongun yardımçı olacaq. Mustafa Emre Eyisoy isə dördüncü hakim vəzifəsini yerinə yetirəcək.