CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Asan Xidmətin yeni portalı istifadəyə verildi

© AZƏRTACAsanDoc portalı
AsanDoc portalı - Sputnik Azərbaycan
Abunə olmaq
“Asan İmza” Operatoru Azərbaycanın çoxsaylı istifadəçilərinin istəyi ilə bu portalı hazırlayaraq istifadəyə təqdim edib

BAKI, 6 may — Sputnik. Yeni AsanDoc.az portalı ilə “Asan İmza” vasitəsilə elektron sənədlərin imzalanması indi daha da asanlaşıb.

“B.EST Solutions” şirkətindən bildirilib ki, bu portalda “Asan İmza” mobil elektron imza vasitəsilə elektron formada istənilən vacib sənədi imzalamaq mümkündür. “Asan İmza” Operatoru Azərbaycanın çoxsaylı istifadəçilərinin istəyi ilə bu portalı hazırlayaraq istifadəyə təqdim edib. Portal elektron vergi bəyannamələri, elektron vergi hesab fakturaları, fiziki və ya hüquqi şəxsin qeydiyyatı üçün ərizə, əmək müqaviləsinin bağlanılması ilə bağlı bildiriş, məcburi dövlət sosial sığorta haqqında hesabatlar, sığortaolunan şəxsin qeydiyyatı və s. bu kimi vacib sənədlərin imzalanması prosedurunu asanlaşdırır. Artıq sənədlərin imzalanması üçün əlavə proqram təminatının axtarılması və endirilməsinə ehtiyac qalmır. İstifadəçi kompüterində hansı əməliyyat sisteminin — Windows, Mac OS və ya Linux-un quraşdırılması barədə düşünməməlidir.

Onu da qeyd edək ki, AsanDoc.az portalına smartfonlar və planşet kompüterlər də (onlar üçün xüsusi proqramların hazırlanmasından asılı olmayaraq) daxil olmaqla istənilən qurğudan giriş mümkündür. 

Dorojkin Pyotr və Hacıyeva Mədinə - Sputnik Azərbaycan
CƏMİYYƏT
"ASAN xidmət"ə 15 milyonuncu müraciət qeydə alındı

Layihə Microsoft Azure bulud hesablamalarının açıq və dəyişkən platformasında reallaşdırılıb. Portalda autentifikasiya “Asan İmza” vasitəsilə həyata keçirilir, sənədlərin imzalanması isə cəmi bir neçə saniyə vaxt aparır. İstifadəçi sənədlərin imzalanması üçün “Asan İmza” mobil elektron imza sertifikatını əldə etdiyi zaman ona təqdim edilən PIN 2 kodunu istifadə edir.

Bu yenilik elektron sənədlərin hüquqi əhəmiyyətinə və tamlığına, imzalayan şəxsin şəxsiyyətinin təyin edilməsinə zəmanət verir və artıq imzalanmış sənədi üçüncü şəxslərin müdaxiləsindən qoruyur. AsanDoc.az portalında “Asan İmza” vasitəsilə imzalanmış elektron sənəd sizin şəxsi kompüterinizdə də saxlana və ya elektron poçt vasitəsilə göndərilə bilər. Portalın xidmətləri yalnız “Asan İmza” istifadəçiləri üçün açıqdır.

“Asan İmza” mobil elektron imza Azərbaycanda elektron və mobil hökumətin inkişafında əhəmiyyətli addım hesab edilir. Bu gün AsanDoc.az portalı vasitəsilə biz Azərbaycanda istifadəçilərə bu zamana qədər elektron formada sənədləri imzalamağa mane olan bütün maneələri aradan qaldırırıq. Hər şey on-line rejimdə baş verir. Yeni texnologiya istifadəçi üçün anlaşılan, təhlükəsizdir və kağız sənəd mübadiləsi ilə bağlı olan xərclərə qənaət etməyə imkan verir. Hesab edirəm ki, yaxın zamanlarda portal Azərbaycanın hər bir sakini üçün əvəzolunmaz köməkçiyə çevriləcəkdir” – deyə, “Asan İmza” mobil elektron imza xidmətinin operatoru olan “B.EST Solutions” Azərbaycan şirkətinin rəhbəri bildirib. 

Səyyar ASAN xidmət avtobusu - Sputnik Azərbaycan
CƏMİYYƏT
Səyyar "ASAN xidmət" Maştağa və Beyləqanda

AsanDoc.az portalı hüquqi baxımdan Azərbaycanda mövcud olan dövlət müəssisələri və bankları ilə asan və qanuni əlaqələri təmin edəcək, eləcə də özəl şirkətlər arasında sənəd mübadiləsini asanlaşdırmış olacaq. O, sahibkarlıq mühitində müqavilələrin bağlanılması zamanı və ya dövlət müəssisələri ilə rəsmi əlaqə üçün istifadə olunacaq. Elektron sənədlərin istifadəsinə belə yanaşma onların mühafizəsini və mobilliliyini artırır, mobil elektron imzanı istənilən insanın gündəlik həyatında istifadəsinə təsir göstərir. AsanDoc.az portalı mobil elektron imzanın daha geniş istifadəsinə, eləcə də Azərbaycanda innovativ mobil hökumətin gələcək inkişafına təsir edəcəkdir. Gələcəkdə portal Azərbaycan əhalisinə elektron sənədlərin çoxtərəfli imzalanması və elektron sənədlərlə mübadilə də daxil olmaqla yeni imkanlar təqdim etməklə funksional olaraq inkişaf edəcəkdir. Eləcə də portalda imzalama növbəsinin müəyyənləşdirilməsi imkanı da daxil olmaqla bir sıra digər əlavə funksiyalar hazırlanacaq.

Onu da qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin sonuncu sərəncamına əsasən Rəqəmsal Ticarət Qovşağı (Digital Trade Hub of Azerbaijan) kimi xarici ticarət əməliyyatlarının genişləndirilməsi və Azexport.az portalının gücləndirilməsi üzrə əlavə tədbirlər görülməkdədir.

Yaxın vaxtlarda Azərbaycanın bütün dünya üzrə diplomatik nümayəndəliklərində istənilən dövlətin nümayəndəsi “Asan İmza”nı əldə edə biləcək, AsanDoc.az portalının buraxılışı isə onlara Çindəki partnyoru ilə bir neçə saniyə ərzində müqaviləni imzalamağa və ya Türkiyə vətəndaşı ilə birgə şirkət yaratmağa və s. imkan verəcək.

Xəbər lenti
0