CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Səyyar "ASAN xidmət" Maştağa və Beyləqanda

© Photo : ASAN Xidmətin mətbuat xidmətiSəyyar ASAN xidmət avtobusu
Səyyar ASAN xidmət avtobusu - Sputnik Azərbaycan
Abunə olmaq
"ASAN xidmət" Beyləqan şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək

BAKI, 24 aprel — Sputnik. Səyyar "ASAN xidmət" 24 aprel – 3 may tarixində Sabunçu rayonunun Maştağa qəsəbəsində, 26 aprel – 15 may tarixində isə Beyləqan şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək. "ASAN xidmət"in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, səyyar avtobuslar 28 mart – 26 aprel Tovuz, Qax, Astara, Yevlax şəhərlərində, 29 mart — 26 aprel Salyan şəhərində, 15 – 29 aprel Abşeron rayonunun Novxanı qəsəbəsində, 17 aprel – 16 may Siyəzən şəhərində, səyyar ASAN qatar isə 14 – 28 aprel Şəmkir rayonunun Dəllər qəsəbəsində vətəndaşların xidmətində olacaq.

Səyyar ASAN xidmət avtobusu - Sputnik Azərbaycan
CƏMİYYƏT
Səyyar ASAN xidmət bu bölgələrdədir

Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Bu xidmətlərə aşağıdakılar daxildir:

Notariat fəaliyyəti;

Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;

Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;

Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;

Sürücülük vəsiqələrinin dəyişdirilməsi;

Əmək pensiyalarının təyin edilməsi;

Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;

Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;

Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.

Qeyd edək ki, səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Xəbər lenti
0