Suriya ilə bağlı tarixi memorandum imzalandı

© REUTERS / Rodi SaidСолдаты сирийской армии на юге города Манбидж, провинция Алеппо, фото из архива
Солдаты сирийской армии на юге города Манбидж, провинция Алеппо, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Yekun sazişə əsasən, Suriyanın 4 ayrı bölgəsində təhlükəsiz zonalar yaradılacaq

BAKI, 4 may — Sputnik. Suriyadakı atəşkəsin təminatçısı olan Rusiya, Türkiyə və İran, Suriyada təhlükəsiz zonalar yaradılması haqqında memorandum imzalayıb.

Sputnik-in xəbərinə görə, memorandum Qazaxıstanın paytaxtı Astanada keçirilən Suriya üzrə sülh danışıqlarının 4-cü turunda imzalanıb. 

Donald Tramp, arxiv şəkli - Sputnik Azərbaycan
Tramp: "Suriya məsələsini bitirməyin vaxtı çatıb"

Suriya müxalifətindən bəzi heyət üzvləri, imza mərasiminə müdaxilə edərək memoranduma etiraz edərkən, bəzi müxaliflər də salonu tərk edib.

Yekun sazişə əsasən, Suriyanın 4 ayrı bölgəsində təhlükəsiz zonalar yaradılacaq.

Qeyd edək ki, dünən Soçi şəhərində Rusiya prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüş zamanı, liderlər bugünkü Astana danışıqlarına işarə edərək, Suriya rejimi və müxalifətinin yekun memorandum üzrə razılığa gəlməsinin vacib olduğunu söyləmişdilər.

Xəbər lenti
0