BAKI, 13 apr — Sputnik. Birləşmiş Ştatlar prezidenti Donald Tramp, Suriyada yaşanan qanlı olaylarla bağlı mühüm açıqlama verib. O, 2011-ci ildən bu yana davam edən vətəndaş müharibəsinin bitməsinin zamanı çatdığını deyib.
"Artıq Suriyadakı vəhşi savaşı bitirməyin, terrorçuları məğlub etməyin və qaçqınların evlərinə dönməsini təmin etməyin zamanı çatıb" — Tramp bildirib.
Sputnik Azərbaycan First Post-a istinadən xəbər verir ki, ABŞ-ın dövlət başçısı, Bəşər Əsədə dəstəyini hələ də davam etdirən Rusiya prezidenti Vladimir Putin barədə də danışıb: "Putin Rusiyanın lideridir. Rusiya isə güclü bir ölkədir. Əgər Putin və Rusiya ilə yaxşı yola gedə bilsək, bu, möcüzə olar. Mən hər kəslə yaxşı davranmaq istəyirəm".