BAKI, 4 may — Sputnik. 2016-cı il yekuna görə, 13758 nəfər azadlıqdan məhrum edilib. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Məlumata görə, bunlardan 7908 nəfər müəyyən müddətə azadlıqdan məhrum edilib. O cümlədən, 2 ilə qədər 3463, 2 ildən 5 ilə qədər 2517, 5 ildən 10 ilə qədər 1474, 10 ildən 20 ilə qədər 454, ömürlük azadlıqdan məhrum edilənlər isə 10 nəfər olub.
İctimai işlər üzrə cəzalandırılanlar 146, islah işləri üzrə cəzalandırılanlar 1836, intizam xarakterli hərbi hissədə saxlanılanlar 109, cərimə tətbiq edilənlər 2606, şərti məhkum olunanlar 1 141, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum olunanlar 2 nəfər olub.