Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Federasiya prezidenti: “Bakı-2017”yə tam hazırıq

© Sputnik / Konstantin Chalabov / Mediabanka keçidВ студии радио Sputnik
В студии радио Sputnik - Sputnik Azərbaycan
Abunə olmaq
"Oyunlara hazırlaşmaq üçün ötən ilin fevralından məşqlərə başlamışıq" - Azərbaycan Uşu Federasiyasının prezidenti Azər Həsənsoy belə deyir

Azər Həsənsoy: “Hər bir ölkənin 6 çəki dərəcəsində təmsil olunmaq hüququ var”
Azərbaycan Uşu Federasiyasının prezidenti Azər Həsənsoy Sputnik Azərbaycan-a deyir ki, İslam Həmrəyliyi Oyunlarına hazırlaşmaq üçün ötən ilin fevralından məşqlərə başlayıblar: “Komandanın tərkibini müəyyən etmək üçün Respublika çempionatını ötən ilin əvvəlinə təyin etdik. Məşqlərin və yarışların nəticəsinə uyğun olaraq seçimlərimizi etmişik”.

“Sanda üzrə proqram 7 çəki dərəcəsindədir. Ancaq hər bir ölkənin 6 çəki dərəcəsində təmsil olunmaq hüququ var. Aprel ayının 1-nə qədər bütün idman növlərinə müddət qoyulmuşdu ki, komandanın tərkibini müəyyənləşdirsinlər. Əsas məqsədimiz odur ki, daha yüksək nəticələr göstərək”  - deyə o bildirib.

IV İslam Həmrəyliyi Oyunları — 2017-ci ilin 12-22 may tarixlərində Bakı şəhərində baş tutacaq. Oyunlarda 20 idman növü üzrə 57 dövlətin 6 000 yaxın idmançısının mübarizə aparacağı nəzərdə tutulub.

Xəbər lenti
0