BAKI, 22 aprel — Sputnik. Meksikada təkcə mart ayında 2 min 20 cinayət hadisəsi baş verib. Sputnik Azərbaycan Timeturk-ə istinadən xəbər verir ki, bu barədə Meksika hökuməti məlumat yayıb.
Bu, 2011-ci ilin yazında bir ay içərisində işlənən 2 min cinayətdən bu yana olan ən yüksək rəqəmdir.
Digər bir rəqəmdə isə aprel ayına qədər olan cinayətlərin sayı açıqlanıb. Belə ki, 2017-ci ilin 1-ci rübündə ölkədə 5 min 775 cinayət hadisəsi törədilib. Bu, son 20 ildə Meksikada ən yüksək göstəricidir.