BAKI, 3 may — Sputnik. Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı təmsil edəcək milli komandanın heyətini açıqlayıb.
Sputnik Azərbaycan Federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, N.Paşayev komandanın bu Oyunlarda 12 idmançı ilə təmsil olunacağını bildirib: "Komandamız bu yarışlarda 8 kişi və 4 qadın taekvondoçu ilə təmsil olunacaq. Kişilər arasında Qaşım Maqomedov (-54 kq), Fizam Mehtiyev (-58 kq), Məhəmməd Məmmədov (-63 kq), Ayxan Tağızadə (-68 kq), Səid Quliyev (-74 kq), Milad Beigi Hərçəqani (-80 kq), Ramin Əzizov (-87 kq) və Radik İsaev (+87 kq) birincilik uğrunda mübarizə aparacaq. Qadınların mübarizəsində isə ölkəmizi Patimat Abakarova (-49 kq), Yaprak Eriş (-57 kq), Darya Şkurko (-62 kq) və Fəridə Əzizova (-67 kq) təmsil edəcəklər".
Qeyd edək ki, taekvondo yarışları 16-18 may tarixlərində Bakı İdman Zalında təşkil olunacaq.