CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Bu gün Türkiyəyə vurulan zərbə sabah Azərbaycana dəyəcək"

© Sputnik / Murad OrujovЗаседание Милли Меджлиса Азербайджана
Заседание Милли Меджлиса Азербайджана - Sputnik Azərbaycan
Abunə olmaq
Millət vəkili: "Müttəfiqlərimizə dəyən zərbə bizə də zərər verir"

BAKI, 2 may — Sputnik. Parlamentin plenar iclasında AŞPA-nın yaz sessiyasında Türkiyənin post-monitorinqdən çıxarılaraq yenidən monitorinq altına alınması ilə bağlı qərarı müzakirə olunub.

Sputnik Azərbaycan xəbər verir ki, parlament sədri Oqtay Əsədov AŞPA-nın bu qərarını tənqid edib: “13 il öncə Türkiyə monitorinq prosesindən çıxarılsa da, yenidən postmonitorinqdən monitorinqə keçirilməsi barədə qərar verildi. Bununla bağlı bizim AŞPA-dakı nümayəndə heyətimiz sərt çıxış etdi, bu haqsız qərara öz etirazını bildirdi”.

Пленарное заседание зимней сессии Парламентской ассамблеи Совета Европы - Sputnik Azərbaycan
AŞPA-nın qərarına Türkiyədən sərt reaksiya

Millət vəkili Fərəc Quliyev bildirib ki, Avropa strukturlarında xristian təəssübkeşliyi var: “Almaniya kansleri də dəfələrlə dedi ki, Türkiyəni “xristian klubuna” buraxmaq istəmirik. Türkiyəni çökdürmək istəyirlər. Bizim də torpaqlarımız işğal altındadır və bununla bağlı addım atmaq istəmirlər. BMT, ATƏT və digər qurumlar konkret addımlar atmayacaqlarsa, biz uzun və yorucu olsa da savaşa başlayıb, ərazilərimizi işğaldan azad etməliyik. Çünki Türkiyədən sonra sıra Azərbaycana gələcək. Bu, islamafobiyadır. Müttəfiqlərimizə dəyən zərbə bizə də zərər verir”.

Millət vəkili Zeynəb Xanlarova deyib ki, türkün gücünü görən Avropa Şurasının bu qərəzli qərarını başa düşmək olar. O, AŞPA-nın Türkiyəyə qarşı qərarının qəbuledilməz olduğunu bildirib: “Bu qərar bütün Azərbaycan xalqını qəzəbləndirib. Hər bir azərbaycanlı Avropaya etiraz məktubu göndərmək istəyir. Parlament buna qarşı sərt olmalıdır. Çünki bu gün Türkiyəyə vurulan zərbə sabah Azərbaycana dəyəcək. Azərbaycanı Türkiyəsiz təsəvvür etmək olmaz. Həmişə Azərbaycanın başı problemdə olanda birinci Türkiyə ayağa qalxıb. Xahiş edirəm bu məsələ haqqında Avropa Şurasına parlamentin adından etiraz məktubu göndərilsin”.

“Avropa Şurası Parlament Assambleyasının Türkiyəni post-monitorinqdən monitorinqə keçirməsi təəccüblü deyil. Bir neçə dəfə Avropa strukturlarında Azərbaycana və Türkiyəyə qarşı ədalətsiz mövqe sərgilənib. Bu da onlardan biridir”.

Bunu millət vəkili Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, bəzi qüvvələr Türkiyənin daxili işlərinə qarışırlar, müzakirələr aparırlar: “Türkiyə konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendum ədalətli keçirilib. Nəticələr 86-90 faiz olanda deyirlər ki, faiz çoxdur. 51 faiz olanda da deyirlər, azdır. Bu cür yanaşma ilə Avropa strukturları hara gedir?! Türkiyədə ədalətli səsvermənin nəticəsi idi ki, əhalinin 48 faizi əleyhinə səs vermişdi. Avropada bir terror aktı olanda qışqırıqları aləmi bürüyür. Bəs, Türkiyənin ərazisində baş verənlər necə olsun?”

Xəbər lenti
0