AŞPA-nın qərarına Türkiyədən sərt reaksiya

© Sputnik / Vladimir Fedorenko / Mediabanka keçidПленарное заседание зимней сессии Парламентской ассамблеи Совета Европы
Пленарное заседание зимней сессии Парламентской ассамблеи Совета Европы - Sputnik Azərbaycan
Abunə olmaq
Qərara əsasən, Türkiyə qurum tərəfindən monitorinq altına alınıb

BAKI, 25 aprel — Sputnik. "Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin ölkəmiz haqqında verdiyi qərarı qınayırıq". Sputnik Türkiyə xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər nazirliyi bəyanat yayıb.

"Avropa ilə əlaqələri yenidən nəzərdən keçirməyə məcbur qalacağıq" — deyə bəyanatda vurğulanıb.

Xatırladaq ki, bu gün Avropa Şurası Parlament Assambleyasında "Türkiyədə demokratik təsisatların fəaliyyəti" adlı hesabat layihəsi müzakirə olunub. Sessiyada iştirak edən 170 deputatın 113-ü qərarın lehinə, 45-i əleyhinə səs verib. 12 deputat isə bitərəf qalıb. Yeni qərara əsasən, Türkiyə qurum tərəfindən monitorinq altına alınıb.

Xəbər lenti
0