Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

İslam Oyunlarında Azərbaycanı bu bokçular təmsil edəcək

© Sputnik / Murad FarzaliyevТочные удары Меджидова не оставили никаких шансов марокканскому боксеру
Точные удары Меджидова не оставили никаких шансов марокканскому  боксеру - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan millisinin İslamiada üçün heyəti açıqlanıb

BAKI, 2 may — Sputnik. Kişi boksçulardan ibarət Azərbaycan milli komandasının mayın 12-də Bakıda start götürəcək IV İslam Həmrəyliyi Oyunları üçün heyəti müəyyənləşib. Federasiyanın mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumatına görə, 11 gün davam edəcək yarışda ölkəmizin idman şərəfini 10 boksçu qoruyacaq.

Baş məşqçi Leonid Layinskinin rəhbərlik etdiyi məşqçilər korpusu İslamiadada təcrübəlilərlə yanaşı, gənc perspektivli boksçulara da şans verəcək. Titullu boksçularımız arasında dünya çempionlarımız Cavid Çələbiyevlə Məhəmmədrəsul Məcidov, Avropa çempionatının və Avropa Oyunlarının qalibi Teymur Məmmədov, Bakı-2015-in bürünc medalçısı Tayfur Əliyev, Rio-2016-nın üçüncüsü Kamran Şahsuvarlı da yer alıb.

Azərbaycan millisini heyəti belə olacaq:

49 kq — Rüfət Hüseynov

52 kq — Məsud Yusifzadə

56 kq — Tayfur Əliyev

60 kq — Cavid Çələbiyev

64 kq — Elvin İsayev

69 kq — Tamerlan Abdullayev

75 kq — Kamran Şahsuvarlı

81 kq — Rauf Rəhimov

91 kq — Teymur Məmmədov

+91 kq — Məhəmmədrəsul Məcidov

Qeyd edək ki, İslam Həmrəyliyi Oyunları "Bakı Kristal Zal-2"də keçiriləcək. Yarışlar mayın 12-də start götürəcək. Finallar isə mayın 18-nə təsadüf edəcək.

Xəbər lenti
0